Bakurianidə taxta-şalbanın qanunsuz əldə edilməsi və daşınması faktı aşkarlanıb
Samtsxe-Cavaxeti Meşə Xidmətinin əməkdaşları Daba Bakurianidə dövlət meşəsində taxta-şalbanın qanunsuz əldə edilməsi və daşınması faktını aşkar ediblər. Bu haqda məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayır.
Onların məlumatına əsasən, yerli sakin qanunsuz olaraq beş kubmetrə qədər iynəyarpaqlı ağac növünə aid tikinti üçün yararlı ağac materialı əldə edib və onu yolsuzluq avtomobili ilə daşıyıb.
“Qanunu pozan şəxsə qarşı inzibati xəta protokolu tərtib edilib. Avtomobil möhürlənib; qanunsuz olaraq əldə edilmiş taxta-şalban sonrakı istifadə məqsədilə, Bakurianinin işgüzar həyətinə götürülüb” – Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatında qeyd olunub.