Bakurianidə 3,5 km-lik yeni biatlon trekinin açılışı olub
Bakurianidə 3,5 km-lik yeni biatlon trekinin açılışı olub

Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyələrin İnkişafı Fondu tərəfindən Bakurianidə biatlon meydançasının və 3,5 km uzunluğunda krossun tikintisi başa çatdırılıb.

Nazirlikdən verilən məlumata görə, yeni biatlon treki artıq fevral ayında 2025-ci il Avropa Qış Gənclər Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Bakurianidə biatlon meydançası və xizək yarışı yollarının və əlaqədar infrastrukturun tikintisinə 2024-cü ildə dövlət büdcəsinin vəsaiti hesabına başlanılıb.

Layihənin ümumi dəyəri 18,2 milyon laridən çox olub. Uzunluğu 3,5 km olan biatlon və xizək yarışı yolunun tikintisi ilə yanaşı, xizək yolunun işıqlandırma sisteminin elektrik quraşdırma işləri də həyata keçirilib. Həmçinin İtaliya şirkəti tərəfindən süni qardan qoruma sistemi təşkil olunub, bunun üçün su təchizatı şəbəkəsinin tikintisi işləri aparılıb.

Tbilisidə həmçinin Avropa Qış Gənclər Festivalı keçiriləcək və bunun üçün Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyələrin İnkişafı Fondu Tbilisidə beynəlxalq standartlara uyğun buz arenasının tikintisini başa çatdırıb.

Buz arenasında 60 metrə 30 metrlik buz meydançası, 700-ə qədər tamaşaçı tutumu, məşq, xoreoqrafiya, tibbi, grimiyor və konfrans salonları var. Meydança xokkey, fiqurlu konkisürmə və kyorlinq idman növlərinə xidmət göstərəcək. Avropa Qış Gənclər Festivalına ev sahibliyi etməsi və yeni infrastruktur ölkənin məlumatlılığının və turizminin artmasına, həmçinin qış idman növlərinin inkişafına kömək edəcək.