Bakuriani-Tsağveri meşə sahəsində ağac-şalbanın qanunsuz şəkildə əldə edilməsi və daşınması faktı aşkar edilib
Bakuriani-Tsağveri meşə sahəsində ağac-şalbanın qanunsuz şəkildə əldə edilməsi və daşınması faktı aşkar edilib

 

Samtsxe-Cavaxeti Meşə Xidmətinin əməkdaşları Bakuriani-Tsağveri meşə sahəsində külli miqdarda ağac-şalbanın qanunsuz şəkildə əldə edilməsi faktını aşkar ediblər.

Milli Meşə Agentliyinin məlumatına əsasən, yerli sakin qanunsuz şəkildə iynəyarpaqlı ağacdan 5 kubmetrə qədər tikinti materialı üçün taxtanı əldə edib.

“Qanunu pozan şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunub, qanunsuz şəkildə əldə olunmuş ağac-şalban isə sonrakı istifadə məqsədilə Tsağverinin “iş sahəsinə” daşınıb. Ağac-şalbanın qanunsuz şəkildə əldə edilməsi və daşınmasının qarşısının alınması üçün regional meşə xidmətləri tam şəkildə texniki vasitələrlə təchiz olunub. Monitorinq, dronlarla yanaşı, dövlət meşəsində quraşdırılmış fototələlər və yaxa kameraları vasitəsilə də həyata keçirilir, bu da meşə üzərində nəzarətin gücləndirilməsinə imkan verir” – Milli Meşə Agentliyinin məlumatında deyilir.