Bakıda Gürcüstanın müstəqillik gününə həsr olunmuş bayram konserti keçirildi və Heydər Əliyev Mərkəzi Gürcüstan bayrağının rənglərində işıqlandırıldı
Heydər Əliyev Mərkəzində keçirilən konsertdə Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, mədəniyyət naziri Adil Kərimli, nazir müavini Murad Hüseynov, Azərbaycanın prezidentinin nümayəndəsi Muxtar Babayev, Gürcüstanın mədəniyyət nazirinin müavini Giorgi Mirtsxulava, Gürcüstan parlamentinin üzvləri – Zaza Lominadze və İrakli Kadagişvili iştirak etdilər.
Çıxışında Gürcüstanın mədəniyyət naziri Azərbaycan hökumətinin nümayəndələrini və xalqını 28 mayda qeyd olunan Azərbaycan Müstəqillik Günü münasibətilə təbrik etdi.
Tinatin Ruxadze Gürcüstan və Azərbaycan arasında əsrlər boyu mövcud olan dostluq və sıx mədəni əlaqələri vurğuladı.
“Mənim üçün Gürcüstanın mədəniyyətini bir nazir kimi təqdim etmək şərəfdir. Eyni zamanda, sadə bir gürcü vətəndaşı kimi bu səhnədə, müasir Azərbaycanın mədəniyyət simvolu olan Heydər Əliyev adına zalda dayanmaq mənim üçün böyük şərəfdir. Gürcüstan və Azərbaycan əsrlər boyu sıx mədəni əlaqələri və ənənələri qoruyub saxlamışlar. Bu gün də biz iki qonşu və dost ölkə olaraq yanaşı dururuq və bu münasibətlərin, mədəni dialoqun və irsin qorunmasının keşiyindəyik.
Bu günkü konserti böyük sevgi ilə hazırladıq. Maestro Nika Nikvaşvilini və ona dəstək olan böyük komandası təqdim etmək istəyirəm. Bu, Tbilisi Opera və Balet Teatrının simfonik orkestri və bənd üzvləridir – möhtəşəm gürcü musiqiçiləri. Maestro, musiqi rəhbəri kimi bu proqramı xüsusi olaraq bu gün üçün hazırlayıb. Fikrimcə, cənab Adillə birlikdə gələcəkdə həm gürcü, həm də azərbaycanlı tamaşaçıları sevindirəcək başqa tipli ortaq layihələr həyata keçirəcəyik,” – deyə mədəniyyət naziri Tinatin Ruxadze bildirdi.
Tədbirdə çıxış edən Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataridze də iştirakçılara müraciət etdi.
Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş bayram konsertində “Şvidkatsa” ansamblı Gürcüstan və Azərbaycanın himnlərini ifa etdi. Konsertdə həmçinin Nika Nikvaşvili orkestr və bəndin müşayiəti ilə, müğənnilər Liza Bagrationi, Manana Todadze, Konstantine Kipiani və Oto Bazerashvili çıxış etdilər.
Mayın 26-da Bakı Olimpiya Stadionu Gürcüstan bayrağının rəngləri ilə işıqlandırılacaq.
Azərbaycan Respublikasında Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş bayram tədbirləri Gürcüstanın Mədəniyyət Nazirliyi, Gürcüstanın Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasındakı Gürcüstan Səfirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilib.