Bakıda, gecə klubunda baş verən partlayış nəticəsində bir nəfər ödü və 31-i xəsarət aldı
Bakıda, gecə klubunda qazın sızmasına görə partlayış baş verdi, bir nəfər ödü və 31-i xəsarət aldı. Azərbaycan mətbuatının məlumatına görə, partlayış Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verdi.
Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayışa maye qazın sızması səbəb olub.
Mövcud məlumata görə, altı yaralının vəziyyəti ağırdır. Xəsarət alanlar arasında xarici ölkə vətəndaşları da var.
Partlayış nəticəsində gecə klubunun yaxınlığında olan 13 avtomobil zədələndi.