Bakıda “Qara Yanvar” şəhidlərinin xatırəsini yad etdilər – Azərbaycana rus qoşunlarının əməliyyatından 30 il keçdi. Yerli vaxtla saat 12:00-da, bütün ölkə ərazisində əhali, şəhidləri bir dəqiqəlik sükutla xatirəsini yad etdi. Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verdi.
1990-cı il yanvarın 20-də sovet qoşunları Azərbaycan müxalifətinə qarşı hərbi əməliyyata başladı. Bütün ölkə miqyası ilə, əməliyyat zamanı 170-dən artıq insan şəhid oldu. 1990-cı ilin yanvarın başlanğıcından, azərbaycanlılar mitinqlər keçirdilər və martda Ali Şura seçkilərinin keçirilməsini planlaşdırırdılar.
1990-cı il yanvarın 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuşdur. Sovet İttifaqı qoşunu əsgərləri Baki sakinlərinə küçədə atəş açırdılar, 200-dən artıq bina və evi, himçinin avtomobilləri yandırdılar və məhv etdilər.
1990-cı il yanvarın 22-də Azərbaycanda üçgünlük matəm elan edildi. Bakıda keçirilən mərasimdə iki milyondan artıq insan toplaşdı.