Bakıda Azərbaycan, İran və Rusiyanın üçtərəfli görüşü keçirilir.
Azərbaycan Respublikasının vitse-baş naziri Şahin Mustafayev, Rusiya Federasiyasının vitse-baş naziri Aleksey Overçukun və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin həmsədrlik etdiyi görüşdə üç ölkənin müvafiq qurumlarının səlahiyyətli nümayəndələri iştirak edirlər.
Görüşdə nəqliyyat, logistika, energetika və gömrük məsələləri müzakirə olunur.