Bakı Yerevanı Azərbaycanın Qarabağdakı hərbi mövqeləri istiqamətində atəş açmaqda ittiham edir, Yerevan ittihamları inkar edir

21:47, 13.08.2022

Bakı Yerevanı Azərbaycanın Qarabağdakı hərbi mövqeləri istiqamətində atəş açmaqda ittiham edir, Yerevan ittihamları inkar edir.

Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına görə, erməni hərbi birləşmələri Azərbaycan Ordusunun mövqeləri istiqamətində 8 dəfə atəş açdı.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, atəşlərdən yeddisi Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Çəmbərək, Tovuzqala və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər, Gədəbəy, Tovuz və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə  atəşə tutmaqla baş verib. Digər bir hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla qeydə alınıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, xəsarət alan olmayıb.

Eyni zamanda Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin növbəti dezinformasiya yaydığını bildirir. Onların sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitdir və Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır.

Oxşar