Bakı Yerevanı Azərbaycanın mövqelərinə atəş açmaqda ittiham edir, Ermənistan ittihamları rədd edir
Bakı Yerevanı Azərbaycanın mövqelərinə atəş açmaqda ittiham edir, Ermənistan ittihamları rədd edir

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 3-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin Ağdam rayonu ərazisində yerləşən mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan hərbçiləri tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Heyət arasında itki yoxdur.

Ermənistan Müdafiə Nazirliyi Bakının yaydığı məlumatı yalan adlandırıb.

“Ermənistan tərəfi Azərbaycan silahlı qüvvələrini atəşə tutmayıb. Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitdir və Ermənistan silahlı qüvvələrinin tam nəzarəti altındadır”, – Müdafiə Nazirliyinin bəyanatında deyilir.