Bakı-Tbilisi-Bakı qatarlarına 10 iyuldan əlavə vaqonlar qoşulacaq

15:12, 07.07.2026

Bakı-Tbilisi-Bakı qatarlarına iyulun 10-dan daha üç vaqon əlavə ediləcək

Azərbaycan Dəmir Yollarının məlumatına görə, vaqonların əlavə olunması nəticəsində hər reys üzrə əlavə 104 sərnişin yeri yaradılacaq. Beləliklə, hər reysdə sərnişin yerlərinin sayı təxminən 60 faiz artaraq 178-dən 282-yə çatacaq.

Əlavə vaqonlara biletlərin satışı bu gündən başlayıb.

Marşruta əlavə olunan “Standart+” tipli yataq vaqonlarında “Stadler” tipli vaqonlarla müqayisədə texniki xüsusiyyətlər və konstruksiya imkanları nəzərə alınaraq pulsuz baqaj normasının çəkisi 36 kiloqram müəyyən edilib.

Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə mayın 25-dən iyulun 6-dək təxminən 25 min bilet satılıb. Bu müddətdə qatarla Tbilisidən 6 356 nəfər, Bakıdan 4 343 nəfər, Gəncədən 1 112 nəfər, Yevlaxdan 808 nəfər, Ağstafadan isə 520 nəfər və digər stansiyalardan sərnişinlər səfər edib.

Bu göstəricilər Bakı-Tbilisi-Bakı marşrutu ilə səyahət edən sərnişinlərin təxminən 40 faizinin regionların payına düşdüyünü göstərir.

Oxşar