Baço Dolidze – kim kiminlə dostluq və ya partnyorluq istəyirsə, seçimində tamamilə azaddır
Kim kiminlə dostluq və ya partnyorluq istəyirsə, öz seçimində tamamilə azaddır, – bu barədə “Milli Hərəkatın” üzvü, Baço Dolidze bəyan etdi.
“Nika Melia və David Kezeraşvili ilə bağlı son bəyanatlara gəldikdə – məni düzgün başa düşün, biz heç kimin işinə qarışmırıq. Kim kiminlə dostluq və ya partnyorluq istəyirsə, öz seçimində tamamilə azaddır. Nika həm əl sıxma faktı, həm də münasibətlərin kəsilməsi barədə açıq danışdı. Bütün bunları ictimai yerlərdə danışanda sivil, normal formadır. Bu məsələyə nə qədər tez son qoysaq, bir o qədər yaxşıdır, çünki bizim, müxalifətin və partiyanın bugünkü vəzifəsi Bidzina İvanişvili rejimini məğlub etməkdir. Biz sadəcə olaraq bu məsələyə qayıtmayacağıq və başqalarını vektoru mümkün qədər tez dəyişməyə çağıracağıq və bu vektor Bidzina İvanişvili rejiminin sonuna doğru yönələcək, bu, hamı üçün daha yaxşı olacaq”, – Dolidze bəyan etdi.
“Droanın” lideri, Elene Xoştariya “feysbukda” yazıdı ki, David Kezeraşvili ilə “partnyorluq edir və edəcək”.