Baiba Braže – Latviya Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini qətiyyətlə dəstəkləyir
Latviya xarici işlər naziri Baiba Braže – “Latviya Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini qətiyyətlə dəstəkləyir.”
Rusiyanın Gürcüstana qarşı həyata keçirdiyi hərbi təcavüzdən 18 il ötüb. Buna baxmayaraq, Gürcüstan ərazisinin 20 faizi hələ də Rusiyanın işğalı altındadır. Bu barədə Latviya xarici işlər naziri Baiba Braže sosial şəbəkədə yazıb.
Braženin qeyd etdiyinə görə, Latviya Gürcüstanın ərazi bütövlüyünü dəyişməz şəkildə dəstəkləyir.
“Rusiyanın Gürcüstana qarşı həyata keçirdiyi hərbi təcavüzdən 18 il ötüb. Buna baxmayaraq, Gürcüstan ərazisinin 20 faizi hələ də Rusiyanın işğalı altındadır. Latviya bunu heç vaxt tanımayacaq və Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini qətiyyətlə dəstəkləyir”, – deyə Baiba Braže sosial şəbəkədə yazıb.