Bağçalarda 60 000-ə qədər uşağa Yeni il tədbirlərində şirniyyat və hədiyyə dəstləri veriləcək
Yeni ilin yaxınlaşması ilə birlikdə, Tbilisinin Uşaq Bağçalarının İdarəedilməsi Agentliyi uşaqlar üçün ənənəvi Yeni il hədiyyələri layihəsi üzərində hazırlığı bitirib – bu haqda bu gün Tbilisinin meri Kaxa Kaladze paytaxt munisipalitetinin hökumətinin iclasında deyib.
Onun sözlərinə əsasən, bağçalarda 60 000-ə qədər uşağa yenilənmiş hədiyyə dəstləri veriləcək.
“Hər il sovqatın tərkibinə müəyyən yenilik daxil etməyə çalışırıq və bu il də bağçalarımızdakı 60 000-ə qədər uşağa Yeni il tədbirlərində yenilənmiş şirniyyat və hədiyyə dəstləri veriləcək. Tbilisinin uşaq bağçalarında qeydiyyatdan keçmiş bütün uşaqlar üçün hədiyyələr nəzərdə tutulub. Hər bir hədiyyə qutusu yüksək keyfiyyətli, on növ şirniyyat və ekoloji təmiz materialdan hazırlanmış və Yeni il mövzulu bir neçə növ oyuncaq dəstini əhatə edir” – Kaxa Kaladze qeyd edib.
Onun məlumatına əsasən, Yeni il hədiyyələrinin bağçalara çatdırılması artıq başlayıb. Proses dekabrın 15-dək başa çatacaq.