Bağdatidə Xani kəndinin yaxınlığında qarışıq meşənin yamacında yanğın müşahidə olunur
Bağdatidə Xani kəndinin yaxınlığında qarışıq meşənin yamacında yanğın müşahidə olunur. Bu haqda məlumatı Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəolunması Xidməti yayır.
Onların məlumatına əsasən, yanğının söndürülməsi işlərində xüsusi texnika və avadanlıqla 200-ə qədər yanğınsöndürən-xilasedici iştirak edir. Hadisə yerində intensiv yanğınsöndürmə prosesi gedir.
Fövqəladə Halların İdarəolunması Xidmətinin canlı qüvvə və xüsusi texnikası ilə birlikdə, Sərhəd Polisinin üç helikopteri də işlərə cəlb olunub. Hadisə yerində təcili qərargah yaradılıb.
Fövqəladə Halların İdarəolunması Xidməti yanğının məskunlaşılmış ərazilərə yayılma təhlükəsinin olmadığını xəbər verir.