Badri Caparidze – Vətən uğrunda canından keçən qəhrəmanların şücaəti hər bir vətənpərvər üçün həmişə nümunə olacaq, onların xatirəsi əbədidir

22:05, 07.08.2026

 

Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə öz canlarını fəda edən, vətən uğrunda canından keçən qəhrəmanları bir daha yad etməliyik – bu barədə “Güclü Gürcüstan – Lelo”nun liderlərindən biri Badri Caparidze sosial şəbəkədə yazır.

O, qəhrəmanların xatirəsinin əbədi olduğunu deyir.

“2008-ci ilin Avqust Müharibəsindən 18 il ötdü. Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə ən əziz şeyi – öz canlarını fəda edən, vətən uğrunda canından keçən qəhrəmanları bu gün bir daha yad etməliyik. Onların şücaəti, fədakarlığı və qəhrəmanlığı hər bir vətənpərvər üçün həmişə nümunə olacaq. Qəhrəmanlara şöhrət, onların xatirəsi əbədidir” – Caparidze yazır.

Oxşar