Badri Caparidze – Jest məhkəmə prosesidir, bir neçə polis nəsə jest gördüyünü deyir, lakin bunun nə olduğunu, nə vaxt və hansı gündə baş verdiyini xatırlaya bilmir
“Sabotaj işi” üzrə prosesi mən jest məhkəmə prosesi adlandırardım, bir neçə polis nəsə jest gördüyünü deyir, lakin bunun nə olduğunu, nə vaxt və hansı gündə baş verdiyini xatırlaya bilmir. Şahidlər bu qəbildəndir – bu barədə “Lelo-Güclü Gürcüstan”ın liderlərindən biri Badri Caparidze sabotaj işi üzrə təqsirləndirilən səkkiz siyasətçinin məhkəmə prosesinin keçirildiyi Tbilisi Şəhər Məhkəməsinin yaxınlığında deyib.
Onun sözlərinə əsasən, bu səviyyəyə enmək və polisə utancverici şəkildə yalan ifadələr verdirmək çox təəssüf doğurur.
“Biz belə bir məhkəmə prosesi ilə qarşı-qarşıyayıq. Bu, dünya praktikasında tamamilə görünməmiş bir haldır. Heç bir ölkədə buna bənzər məhkəmə prosesi aparılmayıb” – Badri Caparidze bildirib.
İstintaqın Vato Şakaraşvili və Nana Kakabadzenin bəyanatı əsasında başladığı və onlara hər hansı bir sualının olub-olmayacağı barədə suala cavab olaraq Badri Caparidze deyib ki, “onlara heç bir sualım yoxdur”.
“Onlarla bağlı hər şey aydındır. Prokurorluğa ərizə vermək tapşırıldı və onlar da bunu etdilər. Qalanı onların öz vicdanına qalsın” – Badri Caparidze qeyd edib.
Xatırladaq ki, Baş Prokurorluq Mixeil Saakaşvili, Qiorqi Vaşadze, Nika Qvaramia, Nika Melia, Zurab (Qirçi) Caparidze, Elene Xoştaria, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı dövlət əleyhinə törədilmiş cinayətlər ittihamı ilə cinayət təqibinə başlayıb. Qiorqi Vaşadze, Zurab (Qirçi) Caparidze və Nika Qvaramia barəsində qətimkan tədbiri olaraq 30 000 lari, Mamuka Xazaradze və Badri Caparidze barəsində isə 1 000 000 lari məbləğində girov qərarı çıxarılıb.