Badri Caparidze - Güclü hiss edirəm, ölkəmiz mütləq ayağa qalxacaq, bu, tezliklə baş verəcək
Badri Caparidze - Güclü hiss edirəm, ölkəmiz mütləq ayağa qalxacaq, bu, tezliklə baş verəcək

 

Güclü hiss edirəm. Ölkənin azadlığı və onun avropalı gələcəyi uğrunda mübarizədəki sınaqlar, əksinə, özümüzə inamımızı, qətiyyət və birlik istəyimizi artırmalıdır – bu barədə “Lelo”nun lideri Badri Caparidzenin “Facebook” səhifəsində dərc olunan paylaşımında deyilir.

“Ölkəmiz mütləq ayağa qalxacaq. Bu, tezliklə baş verəcək” – Badri Caparidze qeyd edir.

Xatırladaq ki, məhkəmə parlamentin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirməməsi faktına görə “Lelo”nun liderləri Mamuka Xazaradze və Badri Caparidzeni səkkiz ay azadlıqdan məhrumetmə cəzasına məhkum etdi. Həmçinin, onlara iki il müddətinə vəzifə tutmaq qadağan edilib. Mamuka Xazaradze və Badri Caparidzeni məhkəmənin qərarı əsasında iyunun 23-də saxlayıblar.