Badri Caparidze barəsində qətimkan tədbiri kimi 50 000 lari məbləğində girov təyin edilib
Badri Caparidze barəsində qətimkan tədbiri kimi 50 000 lari məbləğində girov təyin edilib

 

Tbilisinin Şəhər Məhkəməsi “Lelo” partiyasının liderlərindən biri Badri Caparidze barəsində qətimkan tədbiri kimi 50 000 lari məbləğində girov təyin edib.

50 000 lari məbləğndə girov təyin edilməsini ittiham tərəfi tələb edirdi. Prokurorun proses başlamazdan əvvəl dediyi kimi, işdə cinayət qanununun pozulmasını müəyyən edən sübutlar toplusu var.

Badri Caparidzenin özü isə bəyan edib ki, sözügedən cinayət işləri yeni repressiya dalğasıdır, hakim komanda bununla opponentləri təqib etməyə və qaralamağa çalışır.

“Biz dəfələrlə demişik ki, bu, “Gürcü Arzusu” tərəfindən yeni repressiya dalğasıdır. Əlbətdə, heç bir qanun pozulmayıb, bu, konstitusiyanın pozulması ilə yaradılmış və yeganə vəzifəsi opponentləri təqib etmək, sıxışdırmaq və qaralamaq olan dırnaqarası istintaq komissiyasıdır. Bu məhkəmə prosesi ildırım sürəti ilə təyin olundu, biz istənilən çağırışa hazırıq” – Badri Caparidze bildirib.