Badra Qunba işğal olunmuş Abxaziyada keçirilən qondarma prezident seçkilərinin ikinci turunda qalib gəldiyini elan edib
Badra Qunba işğal olunmuş Abxaziyada keçirilən qondarma prezident seçkilərinin ikinci turunda qalib gəldiyini elan edib. Onun sözlərinə görə, seçki qərargahında mövcud olan ilkin nəticələrə görə, o, 50%-dən çox səs toplayıb.
“İlkin nəticələr hər kəsə məlumdur, bu halda biz seçki qərargahımızda mövcud olan ilkin səsvermənin nəticələrinə güvənirik. Bu nəticə ölkəmizin vətəndaşlarının, komandamızın etimadı sayəsində əldə olundu və ən əsası xalqımızın səsverməsinin nəticəsi idi. Bu, Abxaziya xalqının ölkəmizin gələcəyi üçün qələbəsi olmalıdır”. – Günba tərəfdarlarına müraciət edərkən deyib.
Badra Qunba işğal olunmuş Abxaziyanın qondarma prezidenti səlahiyyətlərini icra edən şəxsdir. Onun rəqibi, qondarma müxalifət namizədi Adqur Ardzinba hələlik açıqlama verməyib.
Qondarma Abxaziya Seçki Komissiyasının məlumatına görə, qondarma seçkilərdə seçici fəallığı 70%-i ötüb. Yerli medianın məlumatına görə, işğal olunmuş Abxaziyada 152 seçki məntəqəsi fəaliyyət göstərirdi. Rusiyada iki seçki məntəqəsi, yəni Moskva və Çerkesskdə açılıb.
Sözdə Seçkilərdə səs vermək üçün 134 mindən çox seçici qeydə alınıb.