Babili kəndi yaxınlığında avtonəqliyyatın hərəkəti bərpa olunub – bu barədə məlumatı Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.
“Respublika əhəmiyyətli Kutaisi (Tsğaltubonun dönəcəyi) – Tsğaltubo–Tsaqeri–Lentexi–Lasdili avtomobil yolunun 91-ci km-də (Babili kəndi) avtonəqliyyatın hərəkəti bərpa olunub. Paralel olaraq yolun genişləndirilməsi məqsədilə işlər davam etdirilir” – məlumatda qeyd olunub.
Lentexi Munisipalitetinin Babili kəndi yaxınlığında bu gün sürüşmə baş verib. Sürüşmə nəticəsində xəsarət alan olmayıb. Təxminən saat 07:00 radələrində yolun müəyyən hissəsində iki sərnişin avtomobillə hərəkət edirdi və onlar hadisə yerindən yayına biliblər.