Bab əl-Məndəb boğazında yük gəmisinə husilərin hücumu nəticəsində 6 nəfər həlak olub
Husilər Bab əl-Məndəb boğazında yük gəmisinə hücum ediblər. Nəticədə 6 nəfər həlak olub.
Yəmən hökumətinin məlumatına görə, Husilər „Tihamah“ adlı gəmiyə üç ballistik raket atıblar. Hücum nəticəsində 4 ekipaj üzvü ölüb, 4 nəfər yaralanıb. Daha sonra xilasetmə əməliyyatı zamanı gəmiyə yenidən zərbə endirilib və iki xilasedici də həlak olub.
Husilər hücuma görə məsuliyyəti öz üzərlərinə götürərək gəminin hərbi texnika daşıdığını bildiriblər.