"Azovstal" üzərində ucaldılmış Ukrayna bayrağı Ukrayna Milli Tarix Muzeyinə verildi
"Azovstal" üzərində ucaldılmış Ukrayna bayrağı Ukrayna Milli Tarix Muzeyinə verildi

Mariupolun “Azovstal” zavodu üzərində ucaldılmış Ukrayna bayrağı Ukrayna Milli Tarix Muzeyinə verildi. Müvafiq məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayır.

Bayraq polad zavodundan yaralı Ukraynalı müdafiəçilərin təxliyyəsi zamanı çıxarıldı.

Muzeyə bayrağın təqdim edilməsi mərasimində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov, Mariupol müdafiəçiləri və Rusiya tərəfindən əsir götürülən Ukraynalı əsgərlərin həyat yoldaşları iştirak edirdilər.