“Azov” komandirinin həyat yoldaşı bəyan edir ki, onun ərini Rusiyaya apardılar, lakin dövlət strukturları və “Qırmızı Xaçda” bu məlumatı təsdiqləmədilər

14:45, 14.08.2022

“Azov” legionunun komandirinin həyat yoldaşı bəyan edir ki, onun ərini Rusiyaya apardılar. Bu barədə Ukrayna mətbuatına Denis Prokopenkonun həyat yoldaşı açıqlama verdi.

Onun sözlərinə görə, ərinin Rusiyaya keçirilməsinin Rusiya mətbuatından öyrəndi, lakin dövlət strukturları və “Qırmızı Xaçda” bu məlumatı təsdiqləmədilər.

“Mən bir onu bilirəm ki, Denisi Rusiyaya keçirdilər və bu da təsdiq olunmayıb. Başa düşürəm ki, Rusiya “Azov” komandirlərini gizlətdi və zabitləri də gizlədir, hadisələrin inkişafını gözləyirik. Lakin bu “Qırmızı Xaçın” işidir ki, suallarıma cavab versin. Bu vaxta qədər ərimin dəqiq olafraq harada olduğunu bilmirəm”, – Yekaterina Prokopenko bəyan etdi.

Həmin müsahibədə “Azov” legionu komandirinin həyat yoldaşı “Qırmızı Xaç” nümayəndələrinin Elenovkada olmamasından və buna görə də ölən döyüşçülərin kimliyini dəqiqləşdirmək mümkün olmadığından narazılığını bildirir.

Oxşar