Azərbaycanda son 24 saat ərzində koronavirusun 209 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 437 pasiyent müalicə olunaraq sağaldı, səkkiz pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 229 793 təsdiq olunmuş halı aşkar edilib, 222 154 pasiyent müalicə olunaraq sağalıb, 3 113 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 4 526 pasiyent müalicəsini davam etdirir.