Azərbaycanda son 24 saat ərzində koronavirusun 153 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 355 pasiyent müalicə olunaraq sağaldı, altı pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 230 219 təsdiq olunmuş halı aşkar edilib, 223 315 pasiyent müalicə olunaraq sağalıb, 3 132 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 3 772 pasiyent müalicəsini davam etdirir.