Azərbaycanın Xarici İşlər Nazirliyi Saberio kəndində yanğın nəticəsində uşaqların həlak olması ilə bağlı Gürcüstana başsağlığı verir
Azərbaycanın Xarici İşlər Nazirliyi işğal altındakı Qali Rayonunda yanğın nəticəsində uşaqların həlak olması ilə bağlı Gürcüstana başsağlığı verir.
“Gürcüstanın Abxaziya bölgəsinin Qali Rayonunda beş uşağın həyatına son qoyan faciəli yanğınla bağlı dərin hüznümüzü ifadə edirik. Biz bu dağıdıcı hadisədən zərər çəkmiş ailələrə və dost Gürcüstana səmimi başsağlığı veririk” – Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Gürcüstan hökumətinin qərarı ilə işğal altındakı Qali Rayonunun Saberio kəndində baş vermiş və 5 uşağın həyatını itirməsinə səbəb olmuş faciə ilə əlaqədar yanvarın 9-u matəm günü elan edilib.
Yanğın nəticəsində həlak olmuş şəxsləri bu gün dəfn edəcəklər.