Azərbaycanın Xarici İşlər Nazirliyi Maka Bocorişvili və Ceyhun Bayramov arasında telefon danışığı haqda məlumat yayır
Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatında, nazirlərin iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və perspektivlərini müzakirə etdikləri deyilir. Ölkələr arasında ən yüksək səviyyədə mövcud siyasi dialoqun və həyata keçirilən intensiv səfərlərin münasibətlərin daha da möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb.
Söhbət zamanı gələn il yüksək səviyyəli siyasi təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
“Tərəflər regionda ticarət və kommunikasiya məsələlərini müzakirə ediblər və bu istiqamətdə səyi təqdir ediblər. Nazirlər Azərbaycan neft məhsullarının Gürcüstan vasitəsilə Ermənistana ixracı üçün tariflər ilə əlaqədar əldə edilən razılaşmanı məmnuniyyətlə qeyd ediblər və bu istiqamətdə işin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Nazir Ceyhun Bayramov məsələnin vaxtında həllinə görə Gürcüstan rəhbərliyinə təşəkkür edib. Bundan başqa, digər ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparıblar. Nazirlər yaxınlaşan Yeni il münasibətilə bir-birlərinə səmimi təbriklərini çatdırıblar və iki ölkə arasında münasibətlərin gələn il daha da güclənəcəyinə inam ifadə ediblər” – bəyanatda qeyd olunub.