Azərbaycanın vitse-baş naziri Şahin Mustafayev nümayəndə heyəti ilə birlikdə Ermənistana gedib. Azərbaycan hökumətinin üzvlərini daşıyan təyyarə Yerevan Hava Limanına eniş edib.
Qeyd etmək lazımdır ki, Şahin Mustafayev Azərbaycan və Ermənistan arasında Dövlət Sərhədinin Delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir.
Ermənistan-Azərbaycan arasında Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyalarının son görüşü ötən ilin noyabrın 28-də Qəbələ şəhərində keçirilib.