Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri "Tbilisi İpək Yolu Forumu"nun panel müzakirəsində iştirak edəcək
“Tbilisi İpək Yolu Forumu”nun “Orta Dəhliz: Etibarlılıqdan Səmərəliliyə” adlı panelində oktyabrın 22-də Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev məruzə ilə çıxış edəcək. Bu haqda məlumatı İqtisadiyyat Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, bu il tədbirə yüksək səviyyəli siyasi xadimlər, biznes sektorun və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla 2000-ə qədər nümayəndə qatılacaq.
“Rəqəmsal inkişaf və nəqliyyat naziri peşəkar karyerasına Azərbaycan Respublikasının Prezident Administrasiyasının İnformasiya Resursları, Texnologiyalar Mərkəzi və Xarici Əlaqələr Departamentində başlayıb. Sonradan Nəbiyev Kommunikasiya və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, Mühasibat və İqtisadi Təhlil Departamentinin rəhbəri təyin olunub. Rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəsini Rəşad Nabiyev 2021-ci ilin yanvarın 26-dan tutur.
Gürcüstanın Baş nazirinin himayəsi ilə oktyabrın 22-23-də beşinci dəfə keçiriləcək “Tbilisi İpək Yolu Forumu” qlobal əlaqələrin gücləndirilməsi üçün vacib platformadır. Tədbir ölkələrin “Orta Dəhliz” təşəbbüsündə daha çox iştirakına kömək edir və əlaqənin sabitliyin və rifahın mühüm amili olması ilə bağlı baxışı gücləndirir” – İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda deyilir.