Azərbaycanın xarici işlər naziri - Tbilisidə davam edən görüşdə hər üç ölkəyə - Azərbaycan, Ermənistan və Gürcüstana aid mövzular müzakirə olunur, ikitərəfli məsələlər müzakirə olunmur
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin müavinlərinin Tbilisidə davam edən görüşünü müsbət qiymətləndirib.
Nazirin bəyan etdiyi kimi, Tbilisidə davam edən görüşdə hər üç ölkəyə – Azərbaycan, Ermənistan və Gürcüstana aid mövzular müzakirə olunur.
“Bu görüşdə hər üç ölkəyə aid mövzular müzakirə olunur, bu, ikitərəfli mövzular deyil. Bizim aramızda açıq məsələlərə toxunmayaraq, ümumi maraqlarımızda olan məsələləri müzakirə edirik. Transsərhəd çayları və bir sıra digər məsələlər bu gün müzakirə mövzusu olacaq. Ümumilikdə belə platformanın təşkil edilməsini müsbət hadisə kimi qiymətləndiririk” – Bayramov bildirib.