Azərbaycanın xarici işlər naziri - Maka Bocorişvilini Gürcüstanda uğurla keçirilən seçkilərin nəticələri, yeni hökumətin formalaşdırılması və nazir təyin olunması münasibətilə təbrik etmək istərdim
Maka Bocorişvilini Gürcüstanda uğurla keçirilən parlament seçkilərinin nəticələri, yeni hökumətin formalaşdırılması və nazir təyin olunması münasibətilə təbrik etmək istərdim – bu haqda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili ilə birlikdə keçirilmiş mətbuat konfransında deyib.
Ceyhun Bayramov Gürcüstanla Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib.
“Xanım nazir, dəyərli nümayəndə heyətinin üzvləri, dəyərli həmkarlar və mətbuat nümayəndələri sizləri salamlayıram. Mən ilk növbədə Gürcüstanın xarici işlər nazirini, dəyərli həmkarım Maka Bocorişvilini və gürcü nümayəndə heyətini salamlamaq istərdim. Xanım naziri Gürcüstanda uğurla keçirilən parlament seçkilərinin nəticələri, yeni hökumətin formalaşdırılması və yüksək vəzifəli nazir təyin olunması münasibətilə təbrik etmək istərdim. Fəaliyyətində uğurlar arzulayıram. Dəyərli həmkarımla keçən ay Maltada beynəlxalq tədbir çərçivəsində görüşdük. Bu, onun ilk xarici səfəridir, bu da strateji əlaqələrimizin və tərəfdaşlığımızın yüksək səviyyəsinin göstəricisidir. Azərbaycan-Gürcüstan münasibətlərindən danışanda təbii ki, xalqlarımız arasında əsrlərə dayanan tarixi əlaqələr var. İki müstəqil dövlət arasında münasibətlərin 35 illik tarixi var və bizim münasibətlərimiz dövlətçilik və ənənələr əsasında qurulub. Nə Azərbaycan, nə də Gürcüstan üçün asan dövr olmayıb. Çətin dövrlərimiz olub, biz və dövlətlərimiz ciddi çağırışlarla üzləşmişik. Tariximizə nəzər salsaq, bizdə hər zaman mehriban qonşuluq, dostluq münasibətləri, qarşılıqlı dəstək, qarşılıqlı hörmət, beynəlxalq hüquq əsasında bir-birimizin daxili işlərinə qarışmamaq prinsipləri mövcud olub. Təbii ki, bu gün biz bu əlaqələrin bəhrəsini görürük. Dövlətlərimiz arasında münasibətlər, siyasi dialoq yüksək səviyyədədir. İlk növbədə, ölkələrimizin liderləri arasında müntəzəm görüşləri, daimi dialoqu xüsusilə qeyd etmək istərdim, bu da vacibdir” – Ceyhun Bayramov bildirib.
Sinxron tərcüməyə əsasən hazırlanmışdır.