Azərbaycanın xarici işlər naziri – 2021-ci ilin yanvarından Azərbaycan Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində konkret addımlar atıb

14:27, 03.03.2024

2021-ci ilin yanvar ayından etibarən Azərbaycan Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində konkret addımlar atıb,- bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalyada keçirilən diplomatik forum çərçivəsində azərbaycanlı və türkiyəli jurnalistlərə müsahibəsində bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin rəhbəri 2022-ci ildə Azərbaycanın beş tanınmış əsas prinsipi təqdim etdiyini və bu prinsiplərin Ermənistan tərəfindən qəbul edildiyini qeyd edib.

“Bununla yanaşı, bu beynəlxalq ictimaiyyət tərəfindən müsbət qiymətləndirilib. Azərbaycanın hazırladığı və müzakirəsi bir ildən artıqdır davam edən sənəd layihəsi də bu prinsiplərə əsaslanır və beynəlxalq hüquq normaları və prinsipləri əsasında formalaşdırılıb. Biz bu məsələnin qanuna uyğun olaraq həllini, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasını, sülh müqaviləsinin bağlanmasını və tərəflərin bunu qəbul etməsini gözləyirik. Bu sülh elə bir şəraitdə qurulmalıdır ki, dayanıqlı olsun və gələcəkdə heç bir açıq sual yaratmasın”, – deyə Ceyhun Bayramov bildirib.

Oxşar