Azərbaycanın böyük şəhərlərində karantin rejimini yenə sərtləşdirdilər
Azərbaycanın böyük şəhərlərində karantin rejimini iki həftəliyinə sərtləşdirdilər. Fövqəladə tədbirləri koronavirus hallarının artmasına görə, qəbul etdilər.
Hökumətin qərarı ilə, 21 iyundan 5 iyula qədər səkkiz yaşayış məntəqəsində, o cümlədən Bakıda, Sumqayıtda və Gəncədə koronavirusa görə, tədbiq olunan məhdudiyyətləri sərtləşdirdilər. Bu gündən ticarət mərkəzləri bağlandı, restoranlar isə, yalnız evə çatdırma servisi ilə işləyəcəklər.
Muzeylər, sərgi və gözəllik salonları yenə bağlandı. Vətəndaşlar evdən yalnız iki saatlığına çıxa bilərlər.
Mağazalar və apteklər işlərini davam etdirirlər. İctimai nəqliyyat, o cümlədən metro işləyəcəkdir.
Azərbaycanda son 24 saat ərzində koronavirusun 471 yeni halı aşkar edildi.