Azərbaycanın Baş naziri Saberioda baş vermiş faciə ilə bağlı Gürcüstanın Baş nazirinə başsağlığı verir
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov işğal altındakı Qali Rayonunun Saberio kəndində baş vermiş faciə ilə bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı verir.
Hökumət Administrasiyasının məlumatına əsasən, Gürcüstan hökumətinin başçısı Azərbaycanın Baş nazirindən başsağlığı məktubunu alıb.
“Cənab Baş nazir, Qali Rayonunun Saberio kəndində beş uşağın ölümü ilə nəticələnən yanğınla bağlı dərin hüznlə xəbər tutduq. Baş verən faciə ilə bağlı dərin kədərimi ifadə edirəm, şəxsən Sizə, həlak olan uşaqların ailələrinə, yaxınlarına və bütün gürcü xalqına başsağlığı verirəm” – Əli Əsədovun başsağlığı məktubunda qeyd olunub.