Azərbaycanın baş naziri İrakli Ğaribaşvilini baş nazir təyin olunması münasibətilə təbrik etdi və onu Bakıya rəsmi səfərə dəvət etdi
Azərbaycanın baş naziri Əli Əsədov İrakli Ğaribaşvilini Gürcüstanın baş naziri təyin olunması münasibətilə təbrik etdi.
Gürcüstan hökumət administrasiyasından verilən məlumata görə, iki ölkənin baş nazirləri arasında telefon danışığı olub. Əli Əsədov Gürcüstan hökumətinin başçısına uğurlar arzuladı və onu Azərbaycana rəsmi səfərə dəvət etdi. Tərəflər iki ölkə arasındakı tarixi-mehriban qonşuluq və dostluq münasibətlərinin bütün əməkdaşlıq sahələrində daha da güclənəcəyinə ümidvar olduqlarını bildirdilər.
Azərbaycan Prezidenti İlham Əliyev də İrakli Ğaribaşvilini Gürcüstanın baş naziri təyin olunması münasibətilə təbrik etdi.