Azərbaycanın Baş naziri Gürcüstana işgüzar səfərə gələcək

12:12, 29.10.2026

 

Oktyabrın 29-30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstana işgüzar səfərə gələcək.

Gürcüstanın Baş nazirinin mətbuat xidməti səfər çərçivəsində Gürcüstan və Azərbaycanın baş nazirlərinin həmsədrliyi ilə iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasının keçiriləcəyinə dair məlumat verir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin azərbaycanlı həmkarı ilə təkbətək görüşü planlaşdırılır.

Azərbaycan Respublikasının Baş naziri Gürcüstana Azərbaycanın iqtisadiyyat, energetika, rəqəmsal inkişaf və yollar, elm və təhsil nazirlərinin olduğu nümayəndə heyəti ilə birlikdə gələcək.

Oxşar