Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başlayıb

17:27, 29.10.2026

 

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başlayıb. Məlumatı Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yayır.

Nazirliyin məlumatında, Gürcüstanın vitse-baş naziri, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvilinin Azərbaycanın Baş nazirini Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında qarşıladığı deyilir.

Səfər çərçivəsində Gürcüstan və Azərbaycanın baş nazirlərinin həmsədrliyi ilə iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçiriləcək.

Mariam Kvrivişvili, hökumətlərarası komissiya çərçivəsində ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın mühüm məsələlərinin müzakirə olunacağını bildirib.

“Komissiya çərçivəsində iki ölkə arasında energetika, nəqliyyat, investisiyalar, ticarət və digər istiqamətlərdə əməkdaşlıq kimi mühüm məsələlər müzakirə olunur. Bizim həmçinin Gürcüstan və Azərbaycan əməkdaşlığının böyük rol oynadığı, xüsusilə də Orta Dəhliz kontekstində regional əhəmiyyətli layihələr haqda danışmaq imkanımız olacaq” – Mariam Kvrivişvili açıqlayıb.

Oxşar