Azərbaycanın Baş naziri Əli Əsədov İrakli Kobaxidzeni parlament seçkilərində “Gürcü Arzusu”nun qələbəsi münasibətilə təbrik edib
Azərbaycanın Baş naziri Əli Əsədov İrakli Kobaxidzeni parlament seçkilərində “Gürcü Arzusu”nun qələbəsi münasibətilə təbrik edib

 
Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni parlament seçkilərində “Gürcü Arzusu”nun qələbəsi münasibətilə təbrik edib.

Məlumatı Azərbaycanın Baş nazirinin Administrasiyası yayıb.

Azərbaycanın Baş nazirinin Administrasiyasının məlumatına əsasən, Əli Əsədov bu qələbəni dost gürcü xalqının ölkədəki mövcud siyasi kursa dəstəyinin növbəti təsdiqi kimi qiymətləndirib.

“Məktubda seçkilərin nəticələrinin Gürcüstanın tərəqqisinə və daha da çiçəklənməsinə xidmət edəcəyinə, iki xalq arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına töhfə verəcəyinə inam ifadə olunub” – Azərbaycanın Baş nazirinin Administrasiyası tərəfindən yayılmış məlumatda qeyd olunub.