Azərbaycanda yerli onlayn medianın iki həmtəsisçisi, üç jurnalist və dörd fəal maliyyə cinayətləri ilə bağlı ittihamlarla azadlıqdan məhrum etmə cəzasına məhkum edilib
Azərbaycanda yerli onlayn medianın iki həmtəsisçisi, üç jurnalist və dörd fəal maliyyə cinayətləri ilə bağlı ittihamlarla azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Məlumatı “Reuters” yayır.
“Toplum TV”nin təsisçisi Akif Qurbanov 15 il, onun həmkarı Ələsgər Məmmədli isə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Bütün təqsirləndirilən şəxslər irəli sürülən ittihamları rədd edir və işin siyasi motivli olduğunu bildirirlər. Onların vəkilləri məhkəmənin qərarından şikayət verəcəklərini bəyan edirlər.
“Reuters”in yazdığı kimi, “Toplum TV” Azərbaycanda siyasət, korrupsiya, sosial məsələlər və insan hüquqları ilə bağlı mövzuları işıqlandıran müstəqil media vasitələrindən biridir.