Azərbaycanda son 24 saat ərzində koronavirusun 79 yeni halı aşkar edildi, iki insan vəfat etdi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 79 yeni halı aşkar edildi, iki insan vəfat etdi

Azərbaycanda son 24 saat ərzində koronavirusun 79 yeni halı aşkar edildi, iki insan vəfat etdi. Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.

Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 2 513 virusa yoluxan pasiyent müalicə olunur.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 33 647 təsdiq olunmuş halı aşkar edilib, 492 insan vəfat edib.