Azərbaycanda son 24 saat ərzində koronavirusun 493 yeni halı qeydə alındı, səkkiz insan vəfat etdi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 493 yeni halı qeydə alındı, səkkiz insan vəfat etdi

Azərbaycanda son 24 saat ərzində “COVID-19”-un 493 yeni halı qeydə alındı, səkkiz insan isə, vəfat etdi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.

Virusun yayılmasından bu günə qədər, ölkədə koronavirusun 26 165 təsdiq olunmuş halı aşkar edilib, 334 insan vəfat edib, 17 256 pasiyent müalicə olunaraq sağalıb.

Bu vaxt üçün ölkə miqyası ilə xəstəxanalarda 8 575 insan müalicə olunur.