Azərbaycanda son 24 saat ərzində koronavirusun 169 yeni halı qeydə alındı, 92 pasiyent müalicə olunaraq sağaldı
Azərbaycanda son 24 saat ərzində koronavirusun 169 yeni halı qeydə alındı, 92 pasiyent müalicə olunaraq sağaldı

Azərbaycanda son 24 saat ərzində koronavirusun 169 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 92 pasiyent müalicə olunaraq sağaldı. Vəfat edən olmayıb.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 337 970 təsdiq olunmuş halı aşkar edilib, 331 112 pasiyent müalicə olunaraq sağalıb, 4 990 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 1 868 pasiyent müalicəsini davam etdirir.

Bununla yanaşı, son 24 saat ərzində ölkədə 8 628 test edildi.