Azərbaycanda son 24 saat ərzində koronavirusun 146 yeni halı aşkar edildi, bir insan vəfat etdi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 146 yeni halı aşkar edildi, 162 pasiyent sağaldı, bir insan isə, vəfat etdi. Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.
Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 1 747 virusa yoluxan pasiyent müalicə olunur.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 34 620 təsdiq olunmuş halı aşkar edilib, 510 insan vəfat edib.