Azərbaycanda son 24 saat ərzində koronavirusun 133 yeni halı aşkar edildi, iki pasiyent vəfat etdi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 133 yeni halı aşkar edildi, 86 pasiyent sağaldı, iki insan isə, vəfat etdi.
Müvafiq göstəriciləri, “Trend” agentliyi ölkənin operativ qərargahına istinad edərək yayır.
Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 1 848 virusa yoluxan pasiyent müalicə olunur.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 35 559 təsdiq olunmuş halı aşkar edilib, 33 190 pasiyent müalicə olunaraq sağalıb, 521 insan vəfat edib.