Azərbaycanda koronavirusun 988 yeni halı aşkar edildi, 11 pasiyent vəfat etdi
Azərbaycanda ötən bir gün ərzində koronavirusun 988 yeni halı aşkar edildi. Məlumatı Azərbaycan mediası ölkənin nazirlər kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 52 137 təsdiq olunmuş halı aşkar edilib, 42 033 pasiyent müalicə olunaraq sağalıb, 699 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 9 405 virusa yoluxan pasiyent müalicə olunur.
Son 24 saat ərzində Azərbaycanda 11 426 test edildi.