Azərbaycanda koronavirusun 97 yeni halı aşkar edildi, iki pasiyent vəfat etdi
Azərbaycanda 24 saat ərzində koronavirusun 97 yeni halı aşkar edildi, iki pasiyent vəfat etdi.
Müvafiq göstəriciləri, yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.
Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 1 603 virusa yoluxan pasiyent müalicə olunur.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 40 788 təsdiq olunmuş halı aşkar edilib, 38 587 pasiyent müalicə olunaraq sağalıb, 598 insan vəfat edib.