Azərbaycanda koronavirusun 89 yeni halı aşkar edildi, üç pasiyent vəfat etdi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 89 yeni halı aşkar edildi, 132 pasiyent sağaldı, üç insan isə, vəfat etdi.
Müvafiq göstəriciləri, “Turan” agentliyi ölkənin operativ qərargahına istinad edərək yayır.
Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 2 030 virusa yoluxan pasiyent müalicə olunur.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 37 418 təsdiq olunmuş halı aşkar edilib, 34 837 pasiyent müalicə olunaraq sağalıb, 551 insan vəfat edib.