Azərbaycanda koronavirusun 77 yeni halı aşkar edildi
Azərbaycanda koronavirusun 77 yeni halı aşkar edildi

Azərbaycanda son 24 saat ərzində koronavirusun 77 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 160 pasiyent müalicə olunaraq sağaldı, dörd pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 230 296 təsdiq olunmuş halı aşkar edilib,  223 475 pasiyent müalicə olunaraq sağalıb, 3 136 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 3 585 pasiyent müalicəsini davam etdirir.

Şərh yaz