Azərbaycanda koronavirusun 740 yeni halı qeydə alındı, 22 pasiyent vəfat etdi

19:15, 20.09.2021

Azərbaycanda son 24 saat ərzində koronavirusun 740 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 2 442 pasiyent müalicə olunaraq sağaldı, 22 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 473 459 təsdiq olunmuş halı aşkar edilib,  436 537 pasiyent müalicə olunaraq sağalıb, 6 327 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 30 595 pasiyent müalicəsini davam etdirir.

Oxşar