Azərbaycanda koronavirusun 601 yeni halı qeydə alındı, 19 pasiyent vəfat etdi

18:01, 10.01.2021

Azərbaycanda koronavirusun 601 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 1 593 pasiyent müalicə olunaraq sağaldı, 19 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un  224 651 təsdiq olunmuş halı aşkar edilib, 208 681 pasiyent müalicə olunaraq sağalıb, 2 909 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 13 061 virusa yoluxan pasiyent müalicə olunur.

Oxşar